Əsas səhifə » ABŞ-ın PKK terror təşkilatını dəstəkləməsi strateji səhvdir – Hakan Fidan

ABŞ-ın PKK terror təşkilatını dəstəkləməsi strateji səhvdir – Hakan Fidan

Aytac Suleymanova

Bakı. AzerPress:

ABŞ başda olmaqla, PKK terror təşkilatına dəstək verən hər kəs strateji səhvə yol açır.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan deyib.

“ABŞ başda olmaqla, PKK terror təşkilatına dəstək verən hər kəs strateji səhvə yol açır. PKK terror təşkilatı və onun İraqdakı uzantılarına qarşı mübarizəmiz davam edir. Biz heç vaxt Suriyanın şimalında terror dövlətinin qurulmasına icazə verməyəcəyik”,- deyə nazir bildirib.

banner

Hakan Fidan vurğulayıb ki, Aİ-nin Türkiyəni tərəfdaş yox, rəqib kimi görməsi və bəzi NATO müttəfiqlərimizin bizim təhlükəsizliyimizi nəzərə almaması, Türkiyəni daha çox imkanlar və alternativ strategiyalar inkişaf etdirməyə sövq edir.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice