Əsas səhifə » ABŞ-ın dəstəyi olmadan Qəzzada soyqırım davam edə bilməz

ABŞ-ın dəstəyi olmadan Qəzzada soyqırım davam edə bilməz

Laman Asadli

Bakı. AzerVoice:

ABŞ-ın İsrailə dəstəyi olmadan Qəzzada soyqırımın davam etməsi mümkün deyil.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Kamboca baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Sok Chenda Sophea ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“İnanırıq ki, bu soyqırımı cəzasız qalmayacaq və beynəlxalq hüquq tərəfindən lazımi münasibəti görəcək. Bu məsələ ilə bağlı işimizi davam etdirəcəyik. İsrailin təhlükəsizliyini müdafiə naminə başqa bir xalqın soyqırımını davam etdirmək məqbul bir bəhanə deyil. Qəzzada törədilən qətliamları dayandırmaq üçün bütün gücümüzlə çalışmağa davam edəcəyik”, – deyə o vurğulayıb.

banner

Qeyd edək ki, mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücum edərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, İsrail mayın 26-da Rafahda məcburi köçkün fələstinlilərin çadırlarını bombalayıb və 23-ü qadın, uşaq və qoca olmaqla ən azı 45 fələstinlinin həyatını itirib, 249 fələstinlinin isə yaralanıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice