Əsas səhifə » ABŞ-ın “Alpha” raketi eksperimental “Tantrum” peyki ilə orbitə buraxılacaq

ABŞ-ın “Alpha” raketi eksperimental “Tantrum” peyki ilə orbitə buraxılacaq

Tasnim İsmixan

Bakı. AzerPress:

ABŞ-ın “Alpha” raketi dekabrın 20-də “Lockheed Martin” şirkətinin “Tantrum” peyki ilə orbitə çıxacaq.

AzerPress-in məlumatına görə, bu barədə daşıyıcının hazırlanması ilə məşğul olan “Firefly Aerospace” şirkəti bildirib.

Məlumata əsasən, 130 kq ağırlığında eksperimental “Tantrum” aparatı genişzolaqlı elektron idarə olunan antenna (ESA) ilə təchiz olunub. Həmin aparat orbitə çıxarılan peyk sensorlarının sürətli kalibrlənməsi texnologiyasını nümayiş etdirməlidir. Bu funksiya ilk növbədə silahlı qüvvələrin fəaliyyətini dəstəkləmək üçün nəzərdə tutulub.

banner

Təxminən 1,2 ton faydalı yükü orbitə yerləşdirməyə qadir olan yüngülçəkili ikipilləli raketin buraxılışının ABŞ-ın Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasında “SLC-2” buraxılış kompleksindən ABŞ Sakit okean vaxtı ilə saat 09:18-dən 09:00-a qədər olan vaxt pəncərəsində baş tutması planlaşdırılır.

Digər Kateqoriyalar

2023 © AzerVoice