Əsas səhifə » ABŞ Energetika Nazirliyi Azərbaycanla bağlı proqnozunu dəyişdi

ABŞ Energetika Nazirliyi Azərbaycanla bağlı proqnozunu dəyişdi

Yamin Savalanli

Bakı, AzerVoice

2025-ci ildə Azərbaycanda neft hasilatı gündəlik 0,65 milyon barrel olacaq.

AzerVoice xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə neft hasilatı ilə bağlı proqnozuna düzəliş edərək əvvəlki qiymətləndirmə ilə müqayisədə gündəlik 0,01 milyon barrel endirib.

İdarənin məlumatlarına görə, Azərbaycanda neft hasilatı 2024-cü ildə gözlənilən gündəlik 0,61 milyon barreldən gündəlik 0,04 milyon barrelə qədər artacaq.

banner

Xüsusən, 2025-ci ilin birinci rübündə ölkədə neft hasilatı gündəlik 0,63 milyon barrel olmaqla, ikinci rübdə gündəlik 0,65 milyon barrelə qədər artacaq. EIA gələn ilin üçüncü və dördüncü rüblərində hasilatın 0,67 milyon barrelədək artacağını gözləyir.

EIA-nın proqnozuna görə, 2024-cü ildə Azərbaycanda neft hasilatı üçüncü rübdə gündəlik 0,61 milyon barrelə çatacaq və dördüncü rübdə gündəlik 0,62 milyon barrel səviyyəsində sabitləşəcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice