Əsas səhifə » Türkiyədə güclü zəlzələdən sonra binalarda uçqunlar olub

Türkiyədə güclü zəlzələdən sonra binalarda uçqunlar olub

Naile Babazade

Bakı, AzerVoice

Türkiyədə bu gün yerli vaxtla saat 10:46-da baş verən zəlzələ nəticəsində Malatya, Şanlıurfa və Elazığda hər birində bir bina olmaqla ümumilikdə üç binada qismən uçqun baş verib.

 AzerVoice xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə həlak olan və ya yaralanan barədə məlumat yoxdur.

banner

Nazir bildirib ki, zəlzələdən sonra Malatya, Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman, Tunceli vilayətlərində AFAD və aidiyyəti qurumlar sahə axtarış işlərini davam etdirir.

Qeyd edək ki, Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub. Zəlzələdən sonra məktəblərdə dərslər bir günlük dayandırılıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice