Əsas səhifə » ABŞ Azərbaycana daha iki minatəmizləyən it verib

ABŞ Azərbaycana daha iki minatəmizləyən it verib

Naile Babazade

Bakı, AzerVoice

ABŞ Azərbaycana daha iki minatəmizləyən it verib.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby “X” sosial media hesabında paylaşım verib.

“Berta və Dum ANAMA-nın minaları və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minatəmizləyici itdən ikisidir. İtlər və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitində yaşayışı təmin etməkdə mühüm rol oynayırlar” – deyə səfir əlavə edib.

banner

Qeyd edək ki, sentyabrın 9-dan 15-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 44, tank əleyhinə 15 mina və 690 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice