Əsas səhifə » ANKA-3 ilk atış sınağını uğurla başa vurub

ANKA-3 ilk atış sınağını uğurla başa vurub

Fərid Mikayilov

Bakı,AzerVoice

Türkiyə müdafiə sənayesinin milli mühəndislik möcüzəsi olan ANKA-3 pilotsuz döyüş təyyarəsi ilk atış sınağını uğurla başa vurub.

AzerVoice xəbər verir ki, bu barədə Türk Aerokosmik Sənayesinin (TUSAŞ) X sosial media hesabından paylaşım edilib.

“ANKA-3-ün sınaqlarda üstün performans göstərməsi onun gələcəkdə ölkəmizin əməliyyat imkanlarına və müdafiə qabiliyyətinə böyük töhfə verəcəyinin göstəricisidir”,- deyə paylaşımda qeyd olunub.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice