Əsas səhifə » İtkin şəhid Tərlan Rüstəmov Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb

İtkin şəhid Tərlan Rüstəmov Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb

Naile Babazade

Bakı, AzerVoice

Birinci Qarabağ müharibəsində itkin düşən və uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

AzerVoice xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılınıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiətilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice