Əsas səhifə » Tarixdə bu gün – 20 sentyabr

Tarixdə bu gün – 20 sentyabr

Orkhan Qadirzade

Bakı, AzerVoice

622 Məhəmməd peyğəmbərlə(s.ə.s.) Əbu Bəkr Mədinəyə hicrət etdi.

1187 Səlahəddin Əyyubi Qüdsü mühasirəyə aldı.

1519 Portuqaliyalı dənizçi Ferdinand Magellan 270 nəfər və 5 gəmi ilə İspaniyadan yola düşdü.

banner

1633 Galileo Galilei İspan inkvizisiyası tərəfindən dünyanın günəş ətrafında fırlandığını söylədiyi üçün mühakimə olundu.

1792 Fransada boşanmağa icazə verildi.

1918 Bakı komissarları güllələndi.

1922 Fransa və İtaliya qüvvələri Çanaqqaladan çəkildi.

1928 “Ali Faşist Şurası” İtaliyanın ən yüksək qanunverici orqanı oldu.

1937 II Türk Tarixi Qurultayı Dolmabahçe sarayında toplandı.

1937 Türkiyənin ilk rəsm və heykəltəraşlıq muzeyi Atatürkün istəyi ilə Dolmabahçe sarayında vəliəhd ofisində açıldı.

1942 Ukraynanın Letiçiv şəhərində Alman SS qoşunları iki gündə təxminən 3 min yəhudini öldürdü.

1946 Mətbuat Qanunu Türkiyə Böyük Millət Məclisində qəbul edildi.

1946 Fransada Kann Film Festivalı başladı.

1951 Türkiyənin NATO-da iştirakı qəbul edildi.

1974 Hondurasda qasırğa baş verdi, 10 min adam öldü.

1977 Şimali Vyetnam Birləşmiş Millətlər Təşkilatına qəbul edildi.

1980 İstefada olan admiral Bülənd Ulusu baş nazir təyin edildi.

1981 İran 149 solçu yaraqlını edam etdiyini elan etdi.

1984 Beyrutdakı ABŞ səfirliyinə partlayıcı yüklü yük maşını ilə intihar hücumu edildi; 22 nəfər öldü.

1988 Türkiyə atleti Naim Süleymanoğlu Seul Olimpiya Oyunlarında ağır atletikada 6 dünya rekordu qırdı.

1990 Cənubi Osetiya Gürcüstandan müstəqilliyini elan etdi.

1993 Azərbaycan Respublikasının Milli Məclisi ölkənin MDB-yə daxil olmasına səs verdi.

1994 Bakıda Əsrin Müqaviləsi imzalandı. Britaniyanın BP, Amerikanın Amaco, Penzol, Rusiyanın Lukoil və TPAO şirkətləri konsorsium qurdu.

2002 İsrail əsgərləri Fələstin prezidenti Yasir Ərəfatın qərargahında üç binanı partlatdı.

2008 İslamabadda Marriott mehmanxanasında baş verən terror aktı nəticəsində 53 nəfər həyatını itirdi, 266 nəfər yaralandı.

2014 Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Bolqarıstan Prezidenti Rosen Plevneliyevin, Gürcüstanın, Yunanıstanın, Monteneqronun hökumət başçılarının, Türkiyə, Albaniya, Böyük Britaniya və digər ölkələrin hökumətlərinin, beynəlxalq təşkilatların və xarici şirkətlərin yüksək vəzifəli şəxslərinin iştirakı ilə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Dəhliz üzrə 2018-ci ildə Türkiyəyə, 2019-cu ildə Avropaya Azərbaycan qazının nəqlinə başlamaq planlaşdırıldı.

2013 Bakının Qaradağ rayonunda Prezident İlham Əliyevin iştirakı ilə gəmiqayırma zavodunun açılış mərasimi oldu. Öz istehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə hər il yükqaldırma qabiliyyəti 15 min ton olan dörd tanker və ya yükqaldırma qabiliyyəti 70 min ton olan iki tanker, platformaların təchizatı üçün dörd gəmi istehsal etmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək planlaşdırıldı.

Digər Kateqoriyalar

2023 © AzerVoice