Əsas səhifə » Türkiyənin ABŞ-a avtomobil sənayesi məhsulları ixracı 775 milyon dolları keçib (ÖZƏL)

Türkiyənin ABŞ-a avtomobil sənayesi məhsulları ixracı 775 milyon dolları keçib (ÖZƏL)

Orkhan Qadirzade

Bakı, AzerVoice

2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin ABŞ-a avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq, 775,9 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə ABŞ-a 97,9 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-avqust aylarında avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq 23 milyard 530 milyon dolları ötüb.

“2024-cü ilin avqust ayında Türkiyənin dünya bazarlarına avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 0,4 faiz azalaraq, 2 milyard 715 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 35 milyard 764 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice