Əsas səhifə » İnstagram-dan edilən satışlar e-ticarət hesab edilmir-Ömer Bolat

İnstagram-dan edilən satışlar e-ticarət hesab edilmir-Ömer Bolat

Yamin Savalanli

Bakı, AzerVoice

İnstagram və buna bənzər digər sosial media platformalarında birbaşa ünsiyyət vasitələri ilə həyata keçirilən satışlar e-ticarət olaraq sayılmır.

AzerVoice xəbər verir ki, Türkiyənin Ticarət naziri Ömər Bolat İnstagram-a giriş qadağası ilə bağlı qərarının elektron ticarətə mənfi təsir göstərə biləcəyi ilə bağlı müzakirələrə aydınlıq gətirib.

Bolat, İnstagram və buna bənzər sosial media platformalarında birbaşa ünsiyyət vasitələri ilə həyata keçirilən satışların e-ticarət olaraq qeydə alınmadığını bildirib. O, həmçinin qeyd edib ki, qeyri-rəsmi satışlar vergi daxilolmalarının azalmasına səbəb olur.

banner

İnstaqram və buna bənzər sosial media platformalarında baş tutan alqı-satqı əməliyyatlarının telefon nömrəsi və ya WhatsApp tətbiqi vasitəsiylə həyata keçirildiyinə diqqət çəkən Bolat, “Buna görə də İnstagram və buna bənzər sosial mediada edilən tanıtımlar nəticəsində birbaşa ünsiyyət vasitələri ilə satış həyata keçirilir. Bu cür satışlar elektron ticarət hesab edilmir və müvafiq qanunun əhatə dairəsinə daxil deyil”,- deyə qeyd edib.

Elektron Ticarətin Tənzimlənməsi Qanununa diqqət çəkən Bolat, sözügedən Qanunun Trendyol, Hepsiburada və Yemeksepeti kimi rəsmi ticarət platformalarının və mal və xidmətlərini bu bazarlarda və ya öz elektron ticarət platformasında satan müəssisələrin ticarət fəaliyyətlərini tənzimlədiyini söyləyib.

Qeyd edək ki, dörd gün öncə Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) tərəfindən ölkədə İnstagrm qapadılmışdı. Bu qərarın İnstagramın “kataloq cinayətlər” kimi müəyyən edilən qaydalara riayət etmədiyi üçün veridiyi bildirilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice