Bakı. AzerPress:
KAAN milli döyüş təyyarəsinin ilk uçuşunun dekabrın 27-də həyata keçirilməsi planlaşdırılır.
AzerPress-in məlumatına görə, yerli mühərrik 2028-ci ildə hazır olacaq və KAAN-ın 2032-ci ildən etibarən inventara daxil olacağı gözlənilir.
Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.
Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.
Aytac Süleymanova
Twitter: a_alieva_
Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun