Əsas səhifə » Qazaxıstan COP29 -da fəal iştirak edəcək – Tokayev

Qazaxıstan COP29 -da fəal iştirak edəcək – Tokayev

Fərid Mikayilov

Bakı,VOA

Qazaxıstan COP29 -da fəal iştirak edəcək.

VOA xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

“Qazaxıstan iqlim dəyişmələri ilə mübarizədə öz öhdəliklərinə görə məsuliyyət daşıyıq. Bu ilin noyabrında Bakıda keçiriləcək COP29-da fəal iştirak edəcəyik”, – o deyib.

banner

Tokayev qeyd edib ki, 2026-cı ildə Qazaxıstanda iqlim dəyişmələri ilə mübarizəyə həsr olunmuş tədbir keçiriləcək.

O, türk dövlətlərinin bu tədbirdə fəal iştirakına ümid etdiyini bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Digər Kateqoriyalar

2023 © AzerVoice