54
Bakı, VOA
Malinin Sahel bölgəsində törədilən terror aktında 20 mülki vətəndaş həyatını itirib.
VOA xəbər verir ki, eyni zamanda, Malinin mərkəzi hissəsində yerləşən Bandiaqara bölgəsindəki Djiguibombo kəndi naməlum şəxslərin hücumuna məruz qalıb.
Qeyd edək ki, Sahel bölgəsində “3 ölkə sərhədi” kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl Qaidə və DEAŞ-a bağlı qrupların hücumlarına məruz qalıb.
Terror təşkilatları 2013-cü ildən bəri Malidə hücumlarını davam etdirir.
Hafiz Rufizoğlu