Bakı. AzerVoice:
İstanbul və Kocaeli mərkəzli 14 vilayətdə 45 fərqli gizli şirkəti quran və hesablarında 3 milyard TL pul dövriyyəsi olan şəxslərə qarşı həyata keçirilən “Sibergöz-44” əməliyyatlarında 107 şübhəli tutulub.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial öz sosial media hesabından verdiyi açıqlamada məlumat verib.
İnformasiya sistemlərindən istifadə edərək peşəkar fırıldaqçılıq edənlərin axtarışında olduqlarını vurğulayan Yerlikaya, “Kiber patrullarımız 7/24 xidmətdədir. Kiber cinayətlərə və cinayətkarlara qarşı mübarizəmiz qətiyyətlə davam edəcək” – deyə qeyd edib.
Yerlikaya, əməliyyatlar zamanı dörd sənədsiz silah, külli miqdarda xarici valyuta və türk lirəsi, çoxlu sayda rəqəmsal material ələ keçirildiyini qeyd edib.