Bakı,AzerVoice
ABŞ Dövlət Departamentinin ərəbdilli sözçüsü Samuel Verberq Vaşinqtonun Livan və İsrail arasında müharibənin genişləndirilməsini dəstəkləmədiyini vurğulayıb.AzerVoice xəbər verir ki, LBC televiziyasına verdiyi müsahibədə Verberq deyib ki, ABŞ hər iki tərəfə vəziyyəti sakitləşdirmək, gərginliyi dayandırmaq və BMT tərəfindən müəyyən edilmiş Mavi Xəttə hörmət etmək üçün təzyiq edir.
O, həmçinin bildirib ki, qaçqın düşmüş on minlərlə İsrail və Livan vətəndaşı mümkün qədər tez sərhədin hər iki tərəfindəki evlərinə qayıtmalıdır.
Bazar ertəsi İsrail hava qüvvələrinin Livanın cənubunda Sidon şəhəri yaxınlığında endirdiyi iki hava hücum edib. Livan KİV-lərinin məlumatına görə, oktyabrın 7-də İsrail-Həmas müharibəsi başlayandan bəri Hizbullah və İsrail sərhəddə demək olar ki, hər gün atəşə tutulur.