Əsas səhifə » 44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr

44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr

Orkhan Qadirzade

Bakı, AzerVoice

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

 AzerVoice Vətən müharibəsinin oktyabrın 17-sinə xronikasını təqdim edir.

– Prezident İlham Əliyev xalqa müraciət edib. Prezident İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun bir neçə kəndinin işğalçılardan azad edildiyini açıqlayıb.

banner

– Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşımlar edib.

– Ermənistanın silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutublar. Gəncədə ölənlərin sayı artıb, 52 nəfər isə yaralanıb. Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində 20 ev tam dağılıb.

– Qoşunlarımız cəbhənin müxtəlif istiqamətlərində irəliləməyə nail olub. Düşmənin mühəndis istehkam rəisi polkovnik məhv edilib.

– Düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və Su-25 təyyarəsi məhv edilib. Ermənistan ordusunda parçalanma başlayıb: “Könüllülər” özbaşına mövqeləri tərk ediblər.

– Prezident İlham Əliyev tərəfindən Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.

– Düşmənə məxsus növbəti zirehli texnika, “Tor-M2KM” zenit-raket kompleksləri, BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, “S-125” zenit raket kompleksi məhv edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice