Əsas səhifə » 32 il əvvəl itkin düşən şəxsin nəşinin qalıqları Ağdama gətirilib

32 il əvvəl itkin düşən şəxsin nəşinin qalıqları Ağdama gətirilib

Narmin Ağayeva

Bakı,  AzerVoice

Şəhid Məhəmməd Mirzəyevin nəşinin qalıqları dəfn olunması üçün Ağdama gətirilib.

AzerVoice -in yerli müxbirinin xəbərinə görə, 1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və 32 il sonra meyitinin qalıqları tapılan Birinci Qarabağ müharibəsi şəhidi, Ağdam rayon Güllücə kənd sakini, 1967-ci il təvəllüdlü Məhəmməd Hüseyn oğlu Mirzəyevlə vida mərasimi keçirilir.

Vida mərasiminə onun ailəsinin müvəqqəti məskunlaşdığı rayonun Dörd yol – 2 qəsəbəsindəki evdən başlanıb. Rəsmi vida mərasimi isə rayonun Quzanlı qəsəbəsi Dövlət Dram Teatrının binasında keçiriləcək.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice