Əsas səhifə » 3 kredit reytinq agentliyinin bu il reytinqini artırdığı yeganə ölkəyik-Mehmet Şimşək

3 kredit reytinq agentliyinin bu il reytinqini artırdığı yeganə ölkəyik-Mehmet Şimşək

Yamin Savalanli

Bakı, AzerVoice

Makro maliyyə sabitliyimizi gücləndirən və dayanıqlılığımızı artıran proqramımız sayəsində 2024-cü ildə 3 böyük kredit reytinq agentliyindən reytinq artımı alan yeganə ölkəyik.

AzerVoice xəbər verir ki, Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək sosial media hesabından Fitch-in bu il Türkiyənin kredit reytinqini ikinci dəfə artıraraq B+-dan BB-yə yüksəltməsi ilə bağlı açıqlama verib.

Nazir Şimşək, “Makro-maliyyə sabitliyimizi gücləndirən və dayanıqlılığımızı artıran proqramımız sayəsində 2024-cü ildə 3 əsas kredit reytinq agentliyindən reytinq artımı alan yeganə ölkəyik. Bu həftə elan etdiyimiz Orta Müddətli Proqramımızla, son bir ildə əldə etdiyimiz uğurları qalıcı hala gətirəcəyik və iqtisadiyyatımıza olan inamı daha da artıracağıq”,- deyə qeyd edib.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice