Əsas səhifə » 2025-ci il Türkiyə-Macarıstan Elm və İnnovasiya İli kimi qeyd ediləcək – Ərdoğan

2025-ci il Türkiyə-Macarıstan Elm və İnnovasiya İli kimi qeyd ediləcək – Ərdoğan

Laman Asadli

Bakı. AzerPress:

2025-ci il Türkiyə-Macarıstan Elm və İnnovasiya İli kimi qeyd ediləcək.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Səfər çərçivəsində Türkiyə-Macarıstan Mədəniyyət ilinin Prezident Katalin Novak və Baş nazir Viktor Orbanla açılışını etdik. Ölkələrimiz və xalqlarımız arasında köklü dostluq bağlarını 2024-cü il ərzində keçiriləcək mədəniyyət ili tədbirləri ilə daha da gücləndirəcəyik. 2025-ci ili də Türkiyə-Macarıstan Elm və İnnovasiya İli kimi qeyd edəcəyik. Elm və texnologiya sahəsində atacağımız birgə addımlarla ölkələrimiz üçün yeni imkanlar yaranacaq”, – deyə o əlvaə edib.

banner

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 18 dekabr tarixində Macarıstana rəsmi səfər edib. Səfər çərçivəsində Türkiyə və Macarıstan arasında prioritet strateji tərəfdaşlıq sazişi imzalanıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice