109
Bakı. AzerPress:
2024-cü ilin sonuna kimi Türkiyə Qabardakı gündəlik neft hasilatını 100 min barelə çatdırmağı hədəfləyir.
AzerPress-in məlumatına görə, Qabar dağında hasilat verən quyuların sayı 19-a yüksəlib. İlin sonunadək quyuların sayının 29-a, gündəlik hasilatın isə 35 min barelə çatdırılması planlaşdırılır. 2024-cü ildə 100 quyu açılacaq və 100 min barel neft hasil ediləcək.
Bundan əlavə, Türkiyə Neft Şirkəti (TPAO) Şırnakda da neft hasilatını fasiləsiz olaraq davam etdirir.
Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.
Aytac Süleymanova
Twitter: a_alieva_