Əsas səhifə » 2024-cü ilin sonuna kimi Türkiyə Qabardakı gündəlik neft hasilatını 100 min barelə çatdırmağı hədəfləyir​

2024-cü ilin sonuna kimi Türkiyə Qabardakı gündəlik neft hasilatını 100 min barelə çatdırmağı hədəfləyir​

Aytac Suleymanova

Bakı. AzerPress:

2024-cü ilin sonuna kimi Türkiyə Qabardakı gündəlik neft hasilatını 100 min barelə çatdırmağı hədəfləyir.

AzerPress-in məlumatına görə, Qabar dağında hasilat verən quyuların sayı 19-a yüksəlib. İlin sonunadək quyuların sayının 29-a, gündəlik hasilatın isə 35 min barelə çatdırılması planlaşdırılır. 2024-cü ildə 100 quyu açılacaq və 100 min barel neft hasil ediləcək.

Bundan əlavə, Türkiyə Neft Şirkəti (TPAO) Şırnakda da neft hasilatını fasiləsiz olaraq davam etdirir.

banner

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice