Əsas səhifə » 2023-cü ildə Türkiyənin təhlükəsizlik qüvvələri 2000-dən çox terrorçunu zərərsizləşdirib

2023-cü ildə Türkiyənin təhlükəsizlik qüvvələri 2000-dən çox terrorçunu zərərsizləşdirib

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Ötən il zərərsizləşdirilən terrorçu sayı isə 2237-ə çatıb.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin həftəlik hesabatında bildirilib.

Məlumata əsasən, ötən il “Pəncə-Kilid” əməliyyatlarının keçirildiyi bölgədə 717 terrorçu zərərsizləşdirilib.

banner

Son bir həftədə əməliyyat bölgələrinə terrorçular tərəfindən 30 hücum atəşi açılıb. Cavab əməliyyatlarında 27 terrorçu zərərsizləşdirilib.

Ötən il yanvarın 1-dən terrorçular tərəfindən Türk əsgərlərinə qarşı 526 təxribat törədilib ki, bunlara verilən cavablar nəticəsində zərərsizləşdirilən terrorçu sayı 1529 olub.

Məlumatda bildirilib ki, son bir həftədə qeyri-qanuni yollarla Türkiyəyə keçməyə cəhd edən 118 nəfər saxlanılıb, 2 min 113 nəfərin sərhədi keçməsinin qarşısı alınıb. 2023-cü ildə bu rəqəm ümumilikdə 13 min 758 təşkil edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice