Əsas səhifə » 12 nəfər Qəzza hadisələrinə görə Bayden administrasiyasından istefa verdi

12 nəfər Qəzza hadisələrinə görə Bayden administrasiyasından istefa verdi

Yamin Savalanli

Bakı, VOA

İsrailin Qəzzaya hücumlarına qarşı ABŞ-ın göstərdiyi siyasətə görə Bayden administrasiyasından istefa verən 12 keçmiş məmur hökumətin hərəkətlərinin ABŞ-ın milli təhlükəsizliyini təhdid etdiyini və ölkəni Fələstin xalqının qətlində şərik hala gətirdiyini bildirib.

VOA xəbər verir ki, birgə bəyanatda ABŞ-ın həyata keçirdiyi bu siyasət nəticəsində regionda sabitliyin daha da pozulduğu və Amerikanın üzərinə ağır yük qoyulduğu bildirilib.

Qeyd edək ki, 12 nəfərdən biri çərşənbə axşamı ABŞ Daxili İşlər Nazirliyindəki vəzifəsindən istefa verib.

banner

Keçmiş rəsmilərin birgə bəyanatında, “Amerikanın diplomatik dəstəyi və İsrailə davamlı silah axını Qəzzadaki Fələstin əhalisinin qətlində və aclıqdan ölməsində bizim də danılmaz şəkildə pay sahibi olduğumuzu, bu cinayətə şərik olduğumuzu ortaya qoyur”.

Qeyd edək ki, bu, keçmiş məmurların ilk bəyanatı deyil, lakin ABŞ Daxili İşlər Nazirliyinin xüsusi köməkçisi Məryəm Həsənin administrasiyadan bu yaxınlarda istefa verməsi ilə əlaqədardır belə bir açıqlama gəldi. O da bu bəyanatı imzalayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice