Əsas səhifə » Zəlzələdən sonra hazırda zəif afterşoklar qeydə alınır

Zəlzələdən sonra hazırda zəif afterşoklar qeydə alınır

Laman Asadli

Bakı. AzerPress:

Zəlzələdən sonra hazırda zəif afterşoklar qeydə alınır.

Bu barədə AzerPress-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

xxx

banner

09:19

Bakıda güclü zəlzələ gözlənilmir.

Bunu AzerPress-ə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

O, əhalini narahat olmamağa çağırıb.

“Bundan sonra da, ola bilsin, afterşoklar olsun. Lakin onlar qorxulu olmayacaq”, – deyə o qeyd edib.

Qeyd edək ki, Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 təşkil edib. Yerin 68 km dərinliyində qeydə alınan zəlzələ hiss olunub.

Digər Kateqoriyalar

2023 © AzerVoice