Əsas səhifə » Yuxuda cin görmək necə yozulur?

Yuxuda cin görmək necə yozulur?

Sabina Mirzayeva

Bakı. AzerVoice

Yuxuda cin görmək xeyirli yuxu hesab olunmur. Əgər dövlət başçısı yuxuda əlində cin tutduğunu və onu qandalladığını görərsə, bu, həmin hökmdar üçün bir şəhəri fəth edəcəyinə və kafirləri qılıncdan keçirəcəyinə işarə edir.

Yuxuda cin görən cin görməyin digər mənaları da var. Yuxu sahibinin yuxuda özünü cin kimi görməsi, aldatmağa işarədir. Yuxuda qapının yanında cin görmək zərərə, yaxud başa gələcək sıxıntı və zillətə dəlalət edir.

Əgər bir kimsə yuxuda cinlərin evinə girdiyini və bir iş gördüyünü görərsə, bu yuxu onun evinə oğru girəcəyinə və zərər verəcəyinə işarədir.

banner

Yuxuda cinlərin atası “Can”ın yerdə uzandığını görmək, cinlərin və onların təmsil etdikləri şəxsin şərindən amanda olmağa işarədir.
Yuxuda özünü cin padşahları ilə dost kimi görərsə, bu yuxu cinlərin təmsil etdiyi şəxslə görüşməyə işarədir. Bu yuxu bəzən tövbə edib bağışlanma diləməklə Allahın buyurduğu yola qayıtmağa da dəlalət edir.

Bir insan yuxuda özünü cin tutduğunu görüb ağlını itirərsə, bu yuxu onun faiz və haram pul yeyəcəyinə, ya sehr görəcəyinə, ya da əmlakını itirərək üzüləcəyinə və kədərlənəcəyinə dəlalət edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice