Əsas səhifə » Yupiterə bənzəyən yad planetdə hidrogen-sulfid qazı aşkarlanıb

Yupiterə bənzəyən yad planetdə hidrogen-sulfid qazı aşkarlanıb

Narmin Ağayeva

Bakı, AzerVoice

Yupiterə bənzəyən yad planetin atmosferində kəskin qoxulu, lax yumurta iyi verən hidrogen-sulfid qazı aşkar edilib. Bu, hər hansı ekzoplanetdə tapılan Yerdəkinə bənzər ilk kimyəvi maddədir.

AzerVoice “Reuters” agentliyinə istinadən xəbər verir ki, 2005-ci ildə kəşf edilən HD 189733b kimi tanınan planet artıq olduqca ekstremal yer, Yupiterdən bir qədər böyük, təəccüblü kobalt mavisi rəngində və şiddətli atmosferində yan tərəfə küləklər əsən ərimiş şüşəvari yağışı olan yandırıcı isti qaz nəhəngi kimi tanınırdı.

Alimlər müəyyən ediblər ki, lax yumurta qoxusunun arxasındakı kimyəvi birləşmə olan hidrogen-sulfidin təsviri “Ceyms Uebb” kosmik teleskopundan əldə edilən yeni məlumatlarda yer alıb. Bu, bizim Günəş sistemindən kənarda olan planetlər adlanan göy cisimləri üçün yeganə haldır.

Baltimordakı Cons Hopkins Universitetinin astrofiziki Quanquey Fu “Nature” jurnalında dərc olunan məqaləsində yazıb:

banner

“Bəli, üfunətli qazın ekzoplanetlər üçün nadir hadisədir. Bu, bizim insanların ziyarət etmək istədiyi planet deyil, amma planetar elmlər haqqında anlayışımızı daha da inkişaf etdirmək üçün dəyərli bir kəşfdir”.

Bu planet “isti Yupiter” adlanır. Alimlər zənn edirlər ki, Günəş sistemindəki ən böyük planetəbənzər qaz nəhəngləri öz ulduzlarına yaxın olduqlarına görə daha istidir. HD 189733b planeti öz ulduzuna Yupiterin Günəşlə olan məsafəsindən 170 dəfə yaxın orbitdə fırlanır. Yupiterin Günəşin bir orbitini 12 il müddətində keçməsindən fərqli olaraq, o, hər iki gündə bir öz orbitini tamamlayır.

Əslində, bu planetini orbiti öz ulduzuna Merkurinin Günəşə olduğundan da 13 dəfə yaxındır və planetin ulduza baxan tərəfindəki temperatur təxminən 930 dərəcə Selsidir.

Bu planet Yerdən 64 işıq ili uzaqlıqda, Süd Yolu qalaktikasının qonşuluğunda, Vulpekula bürcündə yerləşir. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir və 9,5 trilyon kilometrə bərabərdir.

Digər Kateqoriyalar

2023 © AzerVoice