Əsas səhifə » Yunanıstanda COVID-ə yoluxma sayında artım var

Yunanıstanda COVID-ə yoluxma sayında artım var

Tasnim İsmixan

Bakı. VOA

Yunanıstanda koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayında artım olduğu bildirilib.

VOA xəbər verir ki, bununla bağlı Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı (EODY) həftəlik hesabat dərc edib.

Qeyd edilib ki, 10-16 iyun tarixləri arasında “COVİD-19” epidemiyası səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfər olub. Bununla yanaşı, həmin tarix ərzində 5 nəfər dünyasını dəyişib, 12 nəfər intubasiya olunub. Əvvəlki dörd həftə ərzində xəstəxanaya yerləşdirilmələrin sayı 166 idi.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice