Əsas səhifə » Yeniyetmələr arasında sosial mediadan problemli istifadə halları artıb

Yeniyetmələr arasında sosial mediadan problemli istifadə halları artıb

Hafiz Rufizoglu

Bakı. AzerVoice

Sosial mediada həddindən artıq çox vaxt keçirən yeniyetmələrin sayında artım müşahidə olunur.

AzerVoice xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Kopenhagendəki Avropa Regional Bürosu məlumat yayıb.

Belə ki, Avropa, Mərkəzi Asiya ölkələrində və Kanadada keçirilən sorğu nəticəsində 2022-ci ildə sosial mediada həddindən artıq çox vaxt keçirən yeniyetmələrin sayının 11 faizə çatdığı məlum olub. 2018-ci ildə isə bu göstərici yeddi faiz təşkil edirdi.

banner

Qızlar oğlanlara nisbətən sosial platformalarda daha çox vaxt keçirirlər. Qızlar arasında bu göstərici 13 faiz, oğlanlar arasında isə 9 faizdir. Sorğuda iştirak edənlərin 22 faizi bəzi günlər sosial mediadan dörd saatadək istifadə etdiklərini bildirib.

ÜST-ün sorğusu 44 ölkədə yaşayan 11, 13 və 15 yaşlı 280 min uşaq və gənc arasında aparılıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice