Bakı,AzerVoice
Yeni Zelandiyada üç hüquqşünas ölkənin kəşfiyyat orqanlarının Qəzzaya hücumlarında İsrailə kömək edib-etmədiyinin araşdırılmasını tələb edib.
AzerVoice xəbər verir ki, 3 hüquqşünas məsələ ilə bağlı Yeni Zelandiya Baş Kəşfiyyat və Təhlükəsizlik Müfəttişliyinə məktub göndərib.
Məktubda Baş Müfəttiş Brendan Horsleydən Hökumət Rabitə Təhlükəsizliyi Bürosu (GCSB) və Təhlükəsizlik Kəşfiyyat Xidməti (SIS) kəşfiyyatının ABŞ vasitəsilə İsraillə əlaqəli olub-olmadığını araşdırmaq tələb edilib.
Hüquqşünaslar GCSB və SIS-in Qəzzada baş verənlərlə bağlı kəşfiyyat məlumatlarını bölüşməsinin Yeni Zelandiya qanunlarını pozduğunu bildiriblər.
Həmçinin o da deyilib ki, ölkə beynəlxalq cinayətlərə yardım etmək təhlükəsi ilə üz-üzədir.
Sözügedən məktubu dəstəkləyən vəkillərdən biri Treasa Dunworth verdiyi bəyanatda tələblərinin etibarlı mənbələr tərəfindən dəstəkləndiyini bildirib.
Qeyd edək ki, Kəşfiyyat və Təhlükəsizlik üzrə Baş Müfəttişlik tərəfindən verilən açıqlamada Horslinin tələbi qiymətləndirdiyi bildirilib.