Bakı, AzerVoice
Yaxın Şərqin ən köklü və mürəkkəb problemi olan Fələstin probleminə baxdığımızda hadisələrin arxasında dini, siyasi və sosial düyünləri görə bilərik.
Coğrafi cəhətdən Fələstin Aralıq dənizinin şərq sahilində, şimaldan Livan, şərqdən İordaniya və Suriya, cənub-qərbdən isə Misirlə əhatə olunmuş 27.000 kvadrat kilometrlik kiçik bir ərazidir. Bununla belə, dini və tarixi kimliyi onu adi bir torpaq parçası olmaqdan çıxararaq, dünya siyasətinin önəmli bir parçasına çevirir.
Fələstinin qeyri-təbii şəkildə dəyişən siyasi və sosial strukturu Osmanlının 1918-ci ildə bölgədən çəkilməsindən sonra işğalla daha fərqli şəkil aldı.
20-ci əsrin əvvəllərindən etibarən Fələstin ərazilərinə yəhudi köçləri sürətləndi. Daha sonra bu köçlər bölgənin demoqrafiyasını dəyişdirməklə yanaşı, yəhudi terror təşkilatlarının da dövrəyə girməsi ilə sistemli soyqırımın yaranmasına səbəb oldu.
Fələstin münaqişəsinin işğalla birbaşa əlaqəsi olmayan digər bir səbəbi Fələstin ərəb cəmiyyətinin strukturundan irəli gələn sosioloji tarazlıqlardır. Qəbilələrin, tayfaların, güclü ailələrin aktiv olduğu bu ictimai quruluş öz daxilində ciddi gərginliklərə sahibdi.
Bundan əlavə, Fələstində işğala qarşı ortaya çıxan siyasi və hərbi qruplar arasında qarşıdurmalar və yanaşma fərqliliyi bölgədəki gərginliyi daha da artırır. 2007-ci ildə HƏMAS-Fəth münaqişəsində olduğu kimi bəzən ciddi ölçülərə çata bilən bu münaqişələr Fələstin daxilində də böyük qırılmalara səbəb olur.