Əsas səhifə » Yaponiyada ilk dəfə olaraq süni intellekt elm adamı hazırlanıb

Yaponiyada ilk dəfə olaraq süni intellekt elm adamı hazırlanıb

Narmin Ağayeva

Bakı, AzerVoice

Yaponiyanın “Sakana AI” tədqiqat və inkişaf şirkəti elmi kəşf etməsi üçün ilk dəfə “süni intellekt elm adamı” sistemi hazırlayıb.

AzerVoice xəbər verir ki, şirkətin internet saytında paylaşılan bloq yazısında, bu sistemin Foerster Laboratories, Oksford və bir çox digər universitetlərin birgə səyi nəticəsində ərsəyə gətirildiyi bildirilib.

Məqalədə, bu süni intellekt aliminin, elmi kəşflər və tədqiqatlar üçün mexaniki öyrənmə sistemindən istifadə edəcəyi qeyd edilib.

banner

Belə ki, “Süni intellekt elm adamı” sistemi mövcud tədqiqatları araşdırmaqla yanaşı, yeni tədqiqat ideyaları da təklif edərək sistem üçün kodlar yazacaq. Bu sistem tədqiqat nəticələrini və özü tərəfindən aşkar edilən faktları ümumiləşdirib, elmi yazı kimi təqdim edə biləcək.

Bu yeni sistemin süni intellektin yaratdığı məqalələri insan dəqiqliyinə yaxın bir şəkildə qiymətləndirdiyi həmçinin alimlərdən ibarət elmi ictimai topluluğu da təqlid edə biləcəyi vurğulanıb.

Süni intellekt sisteminin əsasən maşın öyrənmə sistemləri və kodlaşdırma mövzularıyla əlaqəli elmi araşdırmalar həyata keçirəcəyi və buna əsasən akademik məqalələr yazacağı bildirilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice