Əsas səhifə » Yaponiya PKK-nı yenidən beynəlxalq terror təşkilatları siyahısına əlavə edib

Yaponiya PKK-nı yenidən beynəlxalq terror təşkilatları siyahısına əlavə edib

Daspina Hasanova

Bakı. AzerPress:

Yaponiya PKK-nı yenidən İctimai Təhlükəsizlik Kəşfiyyat İdarəsinin (PSIA) beynəlxalq terror təşkilatlarının siyahısına əlavə edib.

AzerPress-in məlumatına görə, bu barədə Yaponiyanın Türkiyədəki səfirliyindən bildirilib.

Açıqlamada, Yaponiya hökümətinin PKK-nı 2002-ci ildən etibarən aktivləri dondurulmalı olan terror və bənzər təşkilatlar sırasına daxil etdiyi və törətdiyi terror aktlarını pislədiyi vurğulanıb.

banner

“Yaponiya hökumətinin bu siyasətində heç bir dəyişiklik yoxdur”, – deyə səfirliyin bəyanatında qeyd edilib.

Məlumat üçün bildirək ki, Dekabr ayının 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci (COP28) Tərəflər Konfransında iştirak etmək üçün Dubaya səfəri çərçivəsində Yaponiya Baş naziri Fumio Kişida ilə görüşərək Yaponiyanın daxili kəşfiyyat xidməti İctimai Təhlükəsizlik Kəşfiyyat İdarəsinin PKK terror təşkilatını siyahıdan çıxarılması məsələsini müzakirə etmişdi.

Siyahıda edilən bu yenilik Türkiyədə sərt reaksiyaya səbəb olmuşdu.

Digər Kateqoriyalar

2023 © AzerVoice