Əsas səhifə » Yanvar-oktyabr aylarında Türkiyənin Almaniyaya avtomobil sənayesi məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Yanvar-oktyabr aylarında Türkiyənin Almaniyaya avtomobil sənayesi məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Almaniyaya avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artıraraq 4 milyard dollara çatdırıb.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Almaniyaya avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 10,3 faiz artıraraq 396,6 milyon dollara çatdırıb.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 28,7 milyard dollara çatıb.

Bu ilin oktyabr ayında Türkiyə 3,1 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,6 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 34,7 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

X: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice