Əsas səhifə » Yanvar-noyabr aylarında Şimali Kiprin Türkiyədən hazır geyim idxalı 50 milyon dollara çatıb (ÖZƏL)

Yanvar-noyabr aylarında Şimali Kiprin Türkiyədən hazır geyim idxalı 50 milyon dollara çatıb (ÖZƏL)

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Şimali Kipr Türk Respublikasına hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz artıraraq 48,5 milyon dollara çatdırıb.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Şimali Kipr Türk Respublikasına hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 14,9 faiz azaldaraq 4,1 milyon dollara çatdırıb.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq, 17,8 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,2 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 19,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice