Bakı. AzerPress:
Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Şimali Kipr Türk Respublikasına kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıraraq 457,1 milyon dollara çatdırıb.
Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Noyabr ayında Türkiyə Şimali Kipr Türk Respublikasına kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 31,8 faiz azaldaraq 45,2 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz azalaraq, 27,9 milyard dollara bərabər olub.
Bu ilin noyabr ayında Türkiyə 2,9 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 11,9 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2022- noyabr 2023) Türkiyə 30,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.