Əsas səhifə » Yanvar-noyabr aylarında Hollandiyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Yanvar-noyabr aylarında Hollandiyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Laman Asadli

Bakı. AzerPress:

2023-cü ilin yanvar-noyabr aylarında Hollandiyadan Türk limanlarına 5 milyon 457 min 245 ton yük daşınıb.

Bu barədə AzerPress-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Hollandiyadan limanlara 72 min 883 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 5 milyon 125 min 545 ton yük çatdırıb.

banner

Bu müddət ərzində Hollandiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 258 min 817 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarına Hollandiyadan 636 min 794 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin noyabr ayında Türkiyə limanları 29 milyon 7 min 840 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 421 min 748 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 26 milyon 586 min 92 ton olub.

Bununla yanaşı, 2023-cü ilin noyabr ayında Türkiyə limanlarından 4 milyon 499 min 80 ton transit yük daşınıb.

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 355 milyon 321 min 803 ton yük qəbul edib.

“2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 26 milyon 473 min 938 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 328 milyon 847 min 865 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 61 milyon 495 min 202 ton transit yük daşınıb.

Qeyd edək ki ,bu ilin noyabr ayında Türkiyə limanları 4 min 309 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 911, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 398 olub.

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 55 min 495 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 37 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 17 min 746 olub”, – deyə nazirlikdən bildirilib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice