Əsas səhifə » Xorvatiyada qaçırılan Türkiyə vətəndaşı ilə bağlı danışıqlar aparılıb

Xorvatiyada qaçırılan Türkiyə vətəndaşı ilə bağlı danışıqlar aparılıb

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Xorvatiyada qaçırılan Türkiyə vətəndaşı ilə bağlı qurumlarla danışıqlar aparılıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Koordinasiya və Dəstək Mərkəzinin X sosial media hesabında paylaşım edilib.

“Muhammed Çolak adlı vətəndaşımızın Xorvatiyada naməlum qrup tərəfindən fidyə müqabilində qaçırıldığı barədə nazirliyimizə daxil olan məlumat əsasında dərhal Xorvatiya,  Bosniya və Herseqovina səlahiyyətliləri ilə əlaqə saxlanılıb.” – deyə paylaşımda qeyd edilib.

banner

Bildirilib ki, məsələ yaxından izlənilir və baş verənlərlə bağlı vətəndaşın ailəsi mütəmadi olaraq məlumatlandırılır.

Xatırladaq ki, Türkiyə vətəndaşı Muhammed Çolakın dəstə tərəfindən qaçırılaraq ölümlə hədələndiyi iddiası sosial mediada gündəmə gəlib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice