Əsas səhifə » XİN xaricdə yaşayan vətəndaşlarımızın səsverməsi ilə bağlı işlərə başlayıb

XİN xaricdə yaşayan vətəndaşlarımızın səsverməsi ilə bağlı işlərə başlayıb

Tasnim İsmixan

Bakı. AzerPress:

Xarici İşlər Nazirliyi ilə də xaricdə yaşayan vətəndaşlarımızın səsverməsi ilə bağlı işlərə başlayıb.

AzerPress-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, xaricdə yaşayan vətəndaşlar özlərinə yaxın diplomatik nümayəndəlikdə siyashıya düşməlidir.

banner

“Onlar bizə də müraciət edə bilərlər ki, biz onları diplomatik nümayəndəliklə əlaqələndirək. Biz çalışmalıyıq ki, onlar da seçkilərdə iştirak etsinlər”, – deyə o, əlavə edib.

Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice