Əsas səhifə » Xaçmazda maarifləndirmə tədbiri keçirilib

Xaçmazda maarifləndirmə tədbiri keçirilib

Naile Babazade

Bakı, AzerVoice

Sentyabrın 30-da Xaçmaz şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba – Xaçmaz regional bölməsinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda seminar keçirilib.

AzerVoice xəbər verir ki, Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba – Xaçmaz regional bölməsinin baş məsləhətçisi Fərid Məmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə sektorunun baş məsləhətçisi Nizami Mustafayev, gənclər və yeniyetmələr iştirak edib.

Seminarda dini radikalizm anlayışı, dini radikalizmin yaranmasının səbəbləri və onun ağır fəsadları, dini radikalizmdən qorunmağın yolları haqqında məlumat verilib. Bildirilib ki, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq xalqımızın min illərlə formalaşdırdığı mənəvi dəyərlər üzərində bərqərar olub və birliyimizdə, həmrəyliyimizdə, qarşılıqlı anlaşmada mühüm rol oynayır. Qeyd olunub ki, dini radikalizmlə mübarizə çərçivəsində həm DQİDK tərəfindən, həm də müvafiq qurumlarla birgə ardıcıl iş aparılır, tədbirlər təşkil olunur, maarifləndirici dini ədəbiyyat nəşr edilir və əsasən gənclər arasında paylanılır. Belə ki, dini radikalizmə qarşı effektli mübarizə yolu savadlı və bilikli gəncliyin yetişdirilməsindən keçir.

banner

İştirakçılara ətraflı məlumat verilərək, sonda onları maraqlandıran suallar cavablandırılıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice