Əsas səhifə » Türkmənistanın TDT-də tamhüquqlu üzv olmasını istəyirik

Türkmənistanın TDT-də tamhüquqlu üzv olmasını istəyirik

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmasını istəyirik.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok  deyib.

“TDT türk dövlətləri arasında qarşılıqlı əlaqəni və əməkdaşlığı artırmaq məqsədi daşıyan bir ailə şurasıdır. Türkmənistanın TDT və Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) tamhüquqlu üzv kimi qoşulmasını arzu edirik.” – deyə o qeyd edib.

banner

Demirok bildirib ki, Türkmənistan türk dünyası ailəsinin çox önəmli bir üzvüdür.

“Türkmənistanın yaxın gələcəkdə TDT-yə tamhüquqlu üzv olması ilə türk dünyasında əməkdaşlığın daha da güclənəcəyinə tam inanırıq.” – deyə o qeyd edib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice