31
Bakı,AzerVoice
Türkmənistandan iki milyard kubmetr türkmən qazının Türkiyəyə çatdırılması planlaşdırılır.
AzerVoice xəbər verir ki, Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyəyə, oradan da Avropaya nəqli üzrə işlər demək olar ki, yekunlaşıb.
Birinci mərhələdə Türkiyəyə iki milyard kubmetr qazın gətiriləcəyi nəzərdə tutulur.
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın Türkmənistana səfərinin ən mühüm səbəbi məsələsi təbii qaz və neft olub.
Türkmən qazının Türkiyə üzərindən Avropaya satılması Türkiyənin enerji sahəsində ticarət mərkəzi olma hədəfinə də töhfə verəcək.