Əsas səhifə » Türklər Anadoluya gəldikdə orada kimlər vardı?

Türklər Anadoluya gəldikdə orada kimlər vardı?

admin

Bakı,AzerPress

Səlcuqlar Anadoluya gəldikləri zaman, burada, yunanlar, az miqdarda ermənilər, asurlar, ərəblər var idi.Ancaq Anadolunun yeganə hökmdarı Bizans idi.Türklərin Anadoluya gəldiyi zaman Ani, Van, Lori və Qarsda çox az sayda erməni knyazlıqları mövcud idi. Daha sonra erməni knyazlıqları Bizans hakimiyyəti tərəfindın ortadan qaldırıldı və 1064 –cü ildə son erməni knyazlığı Bizansa bağlılığını elan edərək onların himayəsinə keçdi.

Bizans imperiyası erməni knyazlıqlarının siyasi hökmranlığına son qoyduqdan sonra erməni əhalisini sürgün edərək mərkəzi Anadoluya yerləşdirdi. Bizans erməniləri və assuriyalıları pravoslavlığı qəbul etməyə məcbur edirdi. Buna görə də o zaman sözügedən xalqlar türklərə qarşı Anadolunun müdafiəsində Bizanslılara kömək etmədilər. Bizanslılara qarşı bu kin-küdurətin izlərini erməni tarixçisi Urfalı Matheos və süryani tarixçi Mixaelin əsərlərində görmək olar.

Süryani Mihaelin aşağıdakı sözləri bu vəziyyəti açıq şəkildə göstərir :

banner

“Türklər pis və qəddar yunanlar kimi heç kimin din və inancına qarışmaz; heç bir zülm və təqib haqqında düşünmürdülər”.

Önəmli məqamlardan biri də, Anadoluda ermənilər və digər millətlərlə yanaşı xristian türklərin də yaşaması idi.

Bizans imperiysı Səlcuqlu axınlarına qarşı Balkanlarda məskunlaşan və xristianlığı qəbul etmiş Oğuz (Quz), Qıpçaq (Kuman) və Peçeneq türklərini zaman-zaman Anadoluya gətirib yerləşdirərək müdafiə xətti yaratmağa çalışmışdı. Xüsusilə Bizans imperatoru Laskarides və Palioloqlar dövründə xristian türklər geniş şəkildə Anadoluya gətirildi. Xristian türklərin əhəmiyyətli bir hissəsi zamanla islam dinini qəbul etsə də, bəziləri bu günə qədər xristian kimliyini qoruyub saxlamışdır.

Hətta Yunanıstanla əhali mübadiləsi zamanı bu türklərin bir qismi xristian olduqları üçün ora göndərilmişdi.

Mənbə, ERHAN AFYONCU (SORULARLA OSMANLI İMPARATORLUǦU)

Digər Kateqoriyalar

2023 © AzerVoice