Əsas səhifə » Türkiyənin xalça ixracı artıb (ÖZƏL)

Türkiyənin xalça ixracı artıb (ÖZƏL)

Naile Babazade

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq, 1 milyard 836 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə 231 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 2 milyard 888 milyon dollar məbləğində xalça ixrac edib.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice