Əsas səhifə » Türkiyənin Türksat 6A peykinin günəş panellərinin genişləndirmə sınaqları həyata keçirilib

Türkiyənin Türksat 6A peykinin günəş panellərinin genişləndirmə sınaqları həyata keçirilib

Laman Asadli

Bakı. AzerPress:

Türkiyənin ilk yerli rabitə peyki olan Türksat 6A-nın Türk Aerokosmik Sənayesi (TUSAŞ) nəzdində Kosmik Sistemlərin İnteqrasiyası və Sınaq (USET) Mərkəzində günəş panellərinin genişləndirmə sınaqları həyata keçirilib.

AzerPress xəbər verir ki, sınaqlara Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün, sənaye və texnologiya nazirinin müavini Zekeriya Çoştu, milli müdafiə nazirinin müavini Şuay Alpay, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının sədri Hasan Mandal, Türkiyə Kosmik Agentliyinin sədri Yusuf Kıraç iştirak edib.

“Türksat 6A-nın kosmosa göndərilməsi ilə Türkiyə daxili və milli imkanları ilə kosmosda öz rabitə peyklərini inkişaf etdirə, istehsal edə və istifadə edə bilən 10 ölkədən biri olacaq. Türksat 6A xüsusilə Türksat-a 1,5 milyarddan çox insanı əhatə edən bir coğrafiyaya xidmət göstərməyə imkan verəcək. Ümidimiz edirik ki, qazanacağımız bu təcrübə ilə Türkiyə qarşıdakı dövrdə 600 milyard dollara yaxınlaşan kosmos iqtisadiyyatından çox daha böyük pay əldə edə biləcək”, – deyə F.Kacır bildirib.

banner

Qeyd edək ki, TÜRKSAT 6A-nın layihə müqaviləsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 15 dekabr 2014-cü il tarixində TÜBİTAK və TÜRKSAT arasında imzalanıb.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice