Əsas səhifə » Türkiyənin sabah keçiriləcək Nazirlər Kabinetinin iclasında ilin yekunları müzakirə olunacaq

Türkiyənin sabah keçiriləcək Nazirlər Kabinetinin iclasında ilin yekunları müzakirə olunacaq

Aytac Suleymanova

Bakı. AzerPress:

Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Nazirlər Kabinetinin iclası keçiriləcək.

AzerPress-in məlumatına görə, Ərdoğanın başçılıq etdiyi iclasın əsas gündəm məsələsi ölkə iqtisadiyyatı olacaq.

İclasda dövlət qulluqçularının pensiya və maaşlarının artırılması, inflyasiya ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin iqtisadiyyata təsiri müzakirə olunacaq.

banner

Eyni zamanda, iclas zamanı terrorla mübarizə və Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında terrorçulara qarşı əməliyyatları qiymətləndiriləcək.

İsrailin Qəzzaya hücumları da toplantının gündəmində olacaq. Davamlı atəşkəsin təmin edilməsi üçün Türkiyənin atdığı diplomatik addımlar və humanitar yardımlar müzakirə olunacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice