Əsas səhifə » Türkiyənin Rusiyaya dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Türkiyənin Rusiyaya dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Orkhan Qadirzade

Bakı, AzerVoice

2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Rusiyaya dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 64,4 faiz azalaraq, 54,1 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə Rusiyaya 6 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 67,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz azalaraq, 1 milyard 36 milyon dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 148 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 11,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 1 milyard 569 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice