Əsas səhifə » Türkiyənin polad məhsulları ixracı 8 milyard dollara çatır (ÖZƏL)

Türkiyənin polad məhsulları ixracı 8 milyard dollara çatır (ÖZƏL)

Yamin Savalanli

Bakı, AzerVoice

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 7,9 milyard dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 0,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 15,6 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice