Əsas səhifə » Türkiyənin Özbəkistana polad ixracı artıb (ÖZƏL)

Türkiyənin Özbəkistana polad ixracı artıb (ÖZƏL)

Fərid Mikayilov

Bakı, AzerVoice

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin Özbəkistana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 55,2 faiz artaraq, 51,3 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin avqust ayında Türkiyə Özbəkistana 7,2 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 4,9 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

banner

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11.3 faiz artıb, 10 milyard 705 milyon dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 1 milyard 411 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 15 milyard 951 milyon dollar məbləğində polad ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice