Əsas səhifə » Türkiyənin kimyəvi maddə ixracı 16 milyard dollara çatır (ÖZƏL)

Türkiyənin kimyəvi maddə ixracı 16 milyard dollara çatır (ÖZƏL)

Yamin Savalanli

Bakı, AzerVoice

Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artıraraq 15,8 milyard dolları ötüb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin iyun ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,5 faiz azalaraq, 2,2 milyard dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

banner

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 31,6 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice